Komandamıza satış sahəsində təcrübəli və öz müştəri portfelinə malik peşəkar bir korporativ satış meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
- Sürtkü yağlarının korporativ müştərilərə satışı və satış həcminin artırılması.
- Mövcud müştəri bazasının idarə edilməsi və yeni müştərilərin cəlb edilməsi.
- Müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və saxlanılması.
- Bazar araşdırması aparmaq və rəqabət təhlili etmək.
- Satış strategiyalarının hazırlanmasında iştirak etmək və həyata keçirmək.
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
- Məhsulun daşınmasını və çatdırılmasına nəzarət olunması;
- Şöbə rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Öz müştəri portfelinin olması mütləqdir.
- Satış sahəsində ən azı 3 il iş təcrübəsi (motor yağları və ya avtomobil sənayesi ilə bağlı təcrübə üstünlükdür).
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
- Güclü danışıqlar aparma və müştəri əlaqələri idarəetmə bacarığı.
- Satış hədəflərinə çatmaq üçün motivasiya və nəticəyönümlülük.
- Analitik düşüncə və bazar dinamikasını başa düşmə qabiliyyəti.
- Komandada işləmək və müstəqil qərar qəbul etmə bacarığı.
- Sürücülük vəsiqəsinin olması
Təklif etdiklərimiz:
- Əmək haqqı və satışdan yüksək bonuslar.
- Peşəkar inkişaf.
- Müasir iş mühiti və dəstəkləyici komanda.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.