İsti mətbəxsiz format - soyuq hazırlıq, espresso, kokteyl/şirə
Ağ Şəhərdə yeni fəaliyyətə başlayacaq, isti mətbəxsiz formatda işləyən müasir kofeşop komandasına gündəlik əməliyyatları idarə edəcək, təcrübəli və məsuliyyətli bir administrator/menecer axtarırıq.
İş şəraiti
- Əmək haqqı 1000-1200 AZN (baza) + performansa görə bonus
- İş rejimi - Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə
- Tabeliyində
- 12 nəfərlik heyət (5 barista, 5 ofisiant/host, 2 xadimə)
Əsas tələblər
- Xanım, Bəy 25-35 yaş
- Ali təhsil (menecment, iqtisadiyyat, turizm/otelçilik və ya əlaqəli sahə üstünlükdür)
- HoReCa sahəsində minimum 2-3 il rəhbər/smen rəhbəri təcrübəsi
- Azərbaycan (ana dili), rus və türk dilləri orta-yuxarı, ingilis dili orta-yuxarı səviyyədə
- POS/kassa sistemləri, MS Excel və əsas ofis proqramları ilə işləmə bacarığı
- Əsas maliyyə savadlılığı (gəlir-xərc təhlili, büdcə nəzarəti)
- Güclü liderlik, təşkilatçılıq və stress altında qərar qəbul etmə bacarığı
- SƏTƏM qaydalarını bilmək üstünlükdür
Əsas vəzifə öhdəlikləri
- Gündəlik açılış/bağlanış proseslərinə və heyətin iş qrafikinə real-vaxt nəzarət
- 12 nəfərlik komandanın idarə edilməsi: iş qrafiki, işə qəbul, qiymətləndirmə, motivasiya
- Kassa və maliyyə nəzarəti: gündəlik Z-hesabat, aylıq satış/xərc hesabatlığı
- Satınalma və təchizat idarəetməsi, anbar uçotu
- Gigiyena və qida təhlükəsizliyi standartlarının tətbiqinə nəzarət
- Müştəri təcrübəsinin qorunması, şikayətlərin son instansiya həlli
- Əmək qanunvericiliyinə uyğunluq və daxili sənədləşmənin aparılması
- Lokal marketinq fəaliyyətlərinə dəstək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində "Administrator" qeyd edin.