Vəzifə öhdəlikləri:
- Yerli və xarici müştərilərin cəlb olunması, onlarla ilkin korporativ əlaqələrin qurulması,
- Gömrük brokeri və logistika, beynəlxalq yükdaşıma sahəsi üzrə xidmətlərinin satışı,
- Müstəqil satış strategiyasının həyata keçirilməsi, eləcə də bu sahəyə müvafiq tender imkanlarının araşdırılması
- Tender elanlarının izlənməsi, Satış planına uyğun hədəflərin qurulması, müvafiq tenderlərdə iştirak üçün müraciətlərin hazırlanması və təqdim edilməsi.
- Şirkətin xidmətlərinin peşəkar təqdimatını həyata keçirmək və təqdimat sənədlərinin hazırlanması
- Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əlaqələrin qurulması
- Müştərilərin gömrük və logistika sahəsi üzrə real ehtiyaclarının analizi və uyğun həllərin təklifi
Tələblər:
- Logistika və gömrük təmsilçiliyi üzrə Satış sahəsində minimum 3 il peşəkar təcrübə
- Beynəlxalq yükdaşıma, gömrük təmsilçiliyi sektorunda baza bilikləri
- Potensial müştərilərlə görüşlərin təşkili, satış və layihə əsaslı əməkdaşlıq qurmaq bacarığı
- Yüksək səviyyədə ünsiyyət bacarığı və korporativ görüşlərdə şirkəti təmsil etmək bacarığı
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazışma bacarığı
- Ali təhsilli,
- 25 – 35 yaş arası xanım namizəd
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
- Məşğulluq növü: Tam ştat
- Məkan: Fizulu 49, SKS Plaza (Qış Parkının yanı)
Təklif etdiyimiz:
- Sabit əməkhaqqı + satışdan faiz
- Yüksək gəlir potensialı və performansa əsaslanan mükafatlandırma sistemi
- Dinamik və peşəkar iş mühiti
- Komanda dəstəyi və inkişaf yönümlü yanaşma
- Real nəticə qazandıran korporativ layihələrdə iştirak
Bu sahədə bilik və bacarıqlarınızı bizimlə birlikdə inkişaf etdirmək istəyirsinizsə, o zaman Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-nizi “Satış üzrə Menecer” başlığı ilə əmək haqqı gözləntinizi qeyd etməklə göndərə bilərsiniz!