İşəgötürən: “Mutlular Azerbaijan” MMC
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti (Arena plaza)
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması;
- Vergi, DSMF və digər dövlət qurumlarına müvafiq hesabatların təqdim edilməsi;
- Bank və kassa əməliyyatlarının icrası;
- Aylıq, rüblük və illik maliyyə planlarının hazırlanması;
- Vergi qanunvericiliyi və digər maliyyə tələblərinə uyğunluğun təmin edilməsi;
- İşçi əməkhaqqı cədvəllərinin hazırlanması və ödənişlərin həyata keçirilməsi;
- Maliyyə və büdcə analitikası üzrə hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə arzuolunandır);
- Baş mühasib vəzifəsində 3-5 il iş təcrübəsi;
- Mühasibatlıq proqramlarında iş təcrübəsi;
- Logistika sahəsində təcrübə arzuolunandı;
- Vergi qanunvericiliyini yaxşı bilmək;
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
- Yaş aralığı: 30-50.
İş şəraiti:
- İş rejimi: Tam ştat
- İş saatları: Həftə içi 09:00‑18:00
- Əmək haqqı: Qarşılıqlı razılaşma yolu ilə
Müraciət qaydası:
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Vakansiyaya müraciət edən namizədlərdən xahiş olunur ki, CV-lərini təqdim edərkən e-poçtun mövzu hissəsində “Baş mühasib” və ya “Aparıcı mühasib” vəzifəsi üzrə müraciət etdiklərini mütləq qeyd etsinlər.
Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.