Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti (Arena plaza)
Vəzifə öhdəlikləri:
- Xarici və daxili şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq üçün təqdim etmək;
- Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Təchizatçı şirkətlərlə işgüzar yazışma və danışıqlarda iştirak etmək;
- Cari və perspektivli müştərilərlə güclü əlaqələri daim inkişaf etdirmək;
- Ekspeditorlarla koordinasiyanın təmin edilməsi;
- Daşıyıcılarla və ekspeditorlarla danışıqlar aparmaq, tarifləri müqayisə etmək və optimal seçim etmək;
- Mövcud tanış şirkətlər (expeditorlar, daşıyıcılar, gömrük agentlikləri) ilə əlaqələri gücləndirmək bacarığı;
- Namizədin öz bacarıqlarına görə şirkət daxilində tanış partnyorlarla əlaqələri vasitəsilə tədarük zəncirinin asanlaşdırılmasını təmin etmək.
Namizədə dair tələblər:
- Ali təhsil
- Minimum 2 il beynəlxalq daşımalar üzrə iş təcrübəsi
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Komandada işləmək bacarığına sahib olmalıdır;
- Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
- Azərbaycan dilində səlis ünsiyyət, Rus və İngilis dillərində yüksək səviyyədə olması arzuolunandır.
İş şəraiti:
- İş rejimi: Tam ştat, Ofisdə
- İş saatları: Həftə içi 09:00‑18:00
- Əmək haqqı: Qarşılıqlı razılaşma yolu ilə
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə operator” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiya logistika və beynəlxalq daşımalar sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü mütəxəssislər üçün ideal imkandır. Maraqlanan namizədlər öz CV-lərini göndərərək müraciət edə bilərlər.