MY GROUP HOLDİNG MMC MY GROUP HOLDİNG MMC
  • 377

1C operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1C operator

  • Deadline 4 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifələr və məsuliyyətlər:

  • Maliyyə şöbəsi tərəfindən təqdim olunan ilkin sənədləri (mədaxil, məxaric, hesab-fakturalar, ödəniş tapşırıqları və s.) 1C sisteminə daxil etmək.
  • Gündəlik əməliyyatların (kassa, bank, mal-material hərəkəti və s.) 1C proqramında düzgün əks olunmasını təmin etmək.
  • Sənədlərin və əməliyyatların düzgünlüyünü, məbləğlərin uyğunluğunu yoxlamaq.
  • Lazım olduqda sistemdən hesabatlar və çıxarışlar hazırlamaq.
  • Sənədlərin düzgün arxivləşdirilməsini və şirkət qaydalarına uyğun saxlanmasını təmin etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Tələb edilən bacarıqlar və təhsil:

  • Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində arzuolunandır).
  • 1C mühasibat proqramında işləmək bacarığı.
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi.
  • Kompüter bilikləri: MS Excel, Word, e-mail ilə işləmə bacarığı.
  • Diqqətli, məsuliyyətli və analitik düşüncəyə malik olmalıdır.
  • Komandada işləmək və məlumatlarla işləyərkən dəqiqlik nümayiş etdirmək bacarığı.

İş şəraiti

  • Əmək haqqı: 600 Azn
  • İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.

Uyğun namizədlər CV fomalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “1C operator” qeyd edərək göndərə bilərlər.

  • Daily32
  • Weekly389
  • Monthly410