MY Market komandamıza məsuliyyətli və işinə ciddi yanaşan Satıcı-kassir axtarırıq.
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 7 saylı ASAN xidmətin yaxınlığı
- Market: 80 m², 7/24 fəaliyyət göstərir
- Əməkhaqqı: 580 AZN
- İş qrafiki: 09:00–19:00
Əsas vəzifələr:
- Mağazada mövcud olan məhsullar haqqında məlumatlı olmaq;
- Məhsulları səliqəli şəkildə rəflərə yerləşdirmək;
- Məhsulların qiymətlərini yoxlamaq və zərurət olduqda dəyişdirmək;
- Rəflərin və satış sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
- Kassa əməliyyatlarını həyata keçirmək;
- POS-terminal ilə işləmək;
- Malların qəbulunu həyata keçirmək və qəbul zamanı məhsulların sayını və vəziyyətini yoxlamaq;
- Müştərilərə nəzakətli və keyfiyyətli xidmət göstərmək;
- Mağazada ümumi nizam-intizamın qorunmasına dəstək olmaq.
Namizədə tələblər:
- Minimum 1–3 il satıcı-kassir və ya market sahəsində iş təcrübəsi;
- Kassa və POS-terminal ilə işləmə bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq;
- Səliqəli və operativ işləmək;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq;
- Komandada işləmək bacarığı.
MY Market – müştəri məmnuniyyətinə və keyfiyyətli xidmətə önəm verən 80 m²-lik marketdir və 7/24 fəaliyyət göstərir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.