Görüləcək işlər
- Şirkətin gündəlik mühasibat və vergi uçotunun düzgün və vaxtında aparılması;
- Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
- Mühasibat uçotu üzrə daxili prosedurlara və normativ sənədlərə riayət edilməsi
- Mühasibat sənədlərinin və elektron qaimə-fakturaların düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
- Aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq məlumatların düzgünlüyünün təmin edilməsi;
- Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
- Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və digər ödənişlərin düzgün hesablanmasının təmin edilməsi;
- Bank, kassa, əsas vəsait və mal-material əməliyyatlarının uçotunun aparılması;
- Mənfəət bəyannaməsinin hazırlanması prosesində iştirak etmək;
- Rəhbərliyə aylıq hesabatların təqdim edilməsi (P&L, Balance Sheet);
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
- Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
- Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
- PMS MHBS, ACCA F3 və digər peşəkar mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
İş şəraiti
- 5 günlük iş qrafiki
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.