Vəzifələr və məsuliyyətlər:
- Kredit şöbəsinin gündəlik fəaliyyətini təşkil və nəzarət etmək.
- Kredit siyasətinin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək.
- Müştərilər üzrə kredit portfelinin idarə olunmasını təmin etmək.
- Kredit müraciətlərinin təhlilinə və qiymətləndirilməsinə nəzarət etmək.
- Risklərin qiymətləndirilməsi və azaldılması istiqamətində tədbirlər görmək.
- Kredit komitəsinin işində iştirak etmək və qərarların hazırlanmasında aktiv rol almaq.
- Kredit məhsullarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər vermək.
- Kredit şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət və onların peşəkar inkişafına dəstək göstərmək.
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək.
- Qanunvericilikdə və daxili qaydalarda baş verən dəyişikliklər barədə şöbə əməkdaşlarını məlumatlandırmaq.
Tələb edilən bacarıqlar və təhsil:
- Maliyyə, bank işi və ya iqtisadiyyat üzrə ali təhsil
- Kreditləşmə sahəsində minimum 3-5 illik iş təcrübəsi
- Rəhbər və idarəetmə bacarığı
- Risklərin idarə olunması və təhlil bacarığı
- Mükəmməl analitik düşüncə və qərarvermə qabiliyyəti
- Effektiv ünsiyyət və təqdimat bacarıqları
- Azərbaycan dilində səlis, rus və/ya ingilis dillərində sərbəst ünsiyyət üstünlükdür
- Kompüter bilikləri (MS Office, bank proqram təminatları)
İş şəraiti:
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vakansiya adını qeyd edərək göndərə bilərlər.