Marketing Specialist

  • Истекает 2 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə haqqında:

  • NAFTA Sanatoriya komandamıza kreativ, analitik düşüncəli və nəticəyönümlü Marketing Specialist axtarır. Bu vəzifə sanatoriyanın brendinin gücləndirilməsi, müştəri axınının artırılması və bazarda mövqeyinin möhkəmləndirilməsi məqsədi daşıyır.

İş qrafiki: Tam iş günü

Ezamiyyətlər: Bəli (regionlara və xaricə ezamiyyətlər nəzərdə tutulur)

Əsas vəzifə və öhdəliklər:

  • Marketinq strategiyasının hazırlanması və icrasının təmin edilməsi
  • Rəqəmsal marketinq kampaniyalarının (SMM, Google Ads, e-mail marketing və s.) planlaşdırılması və idarə olunması
  • Sosial media platformalarının idarə edilməsi və kontent planının hazırlanması
  • Reklam və PR fəaliyyətlərinin təşkili
  • Partnyorlarla əməkdaşlığın qurulması və korporativ təkliflərin hazırlanması
  • Bazar araşdırmalarının aparılması və rəqib analizinin edilməsi
  • Marketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinə nəzarət
  • Satış komandası ilə koordinasiyalı iş və kampaniyaların dəstəklənməsi
  • Tədbir və sərgilərdə iştirak (ezamiyyətlər daxil olmaqla)

Tələblər:

  • Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi (turizm və ya sağlamlıq sektorunda təcrübə üstünlükdür)
  • Rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı
  • Azərbaycan və rus dili sərbəst, ingilis dili biliyi üstünlükdür
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı
  • Ünsiyyət və təqdimat bacarıqları
  • Ezamiyyətlərə hazır olmaq

Təklif edirik:

  • Peşəkar inkişaf imkanları
  • Korporativ mühitdə işləmək imkanı
  • Sağlamlıq və turizm sektorunda perspektivli karyera

Uyğun namizədlər CV-lərini Marketing Specialist başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly242
  • Monthly245