Vəzifə haqqında:
- NAFTA Sanatoriya komandamıza kreativ, analitik düşüncəli və nəticəyönümlü Marketing Specialist axtarır. Bu vəzifə sanatoriyanın brendinin gücləndirilməsi, müştəri axınının artırılması və bazarda mövqeyinin möhkəmləndirilməsi məqsədi daşıyır.
İş qrafiki: Tam iş günü
Ezamiyyətlər: Bəli (regionlara və xaricə ezamiyyətlər nəzərdə tutulur)
Əsas vəzifə və öhdəliklər:
- Marketinq strategiyasının hazırlanması və icrasının təmin edilməsi
- Rəqəmsal marketinq kampaniyalarının (SMM, Google Ads, e-mail marketing və s.) planlaşdırılması və idarə olunması
- Sosial media platformalarının idarə edilməsi və kontent planının hazırlanması
- Reklam və PR fəaliyyətlərinin təşkili
- Partnyorlarla əməkdaşlığın qurulması və korporativ təkliflərin hazırlanması
- Bazar araşdırmalarının aparılması və rəqib analizinin edilməsi
- Marketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinə nəzarət
- Satış komandası ilə koordinasiyalı iş və kampaniyaların dəstəklənməsi
- Tədbir və sərgilərdə iştirak (ezamiyyətlər daxil olmaqla)
Tələblər:
- Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi (turizm və ya sağlamlıq sektorunda təcrübə üstünlükdür)
- Rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı
- Analitik düşüncə və hesabat hazırlama bacarığı
- Azərbaycan və rus dili sərbəst, ingilis dili biliyi üstünlükdür
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Ünsiyyət və təqdimat bacarıqları
- Ezamiyyətlərə hazır olmaq
Təklif edirik:
- Peşəkar inkişaf imkanları
- Korporativ mühitdə işləmək imkanı
- Sağlamlıq və turizm sektorunda perspektivli karyera
Uyğun namizədlər CV-lərini Marketing Specialist başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.