Vəzifə öhdəlikləri:
- Şirkətin gündəlik mühasibat və vergi uçotunun düzgün və vaxtında aparılması;
- Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri, son haqq-hesab və digər ödənişlərin düzgün hesablanmasının təmin edilməsi;
- Debitor və kreditor borclarına nəzarət edilməsi və hesablaşmaların düzgünlüyünün yoxlanılması;
- Bank, kassa, əsas vəsait və mal-material əməliyyatlarının uçotunun aparılması;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət edilməsi;
- Mühasibat sənədlərinin və elektron qaimə-fakturaların düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
- Bütün mühasibat əməliyyatlarının 1C 8.3 ERP proqramında düzgün əks etdirilməsi;
- Aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq məlumatların düzgünlüyünün təmin edilməsi;
- Mühasibat və vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Mühasibatlıq və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi (aparıcı mühasib və ya oxşar vəzifədə təcrübə üstünlükdür);
- Mühasibat və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
- 1C 8.3 ERP və MS Office, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;
- Azərbaycan dili – əla, rus dili – arzuolunandır;
- Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə bacarığı.
İş şəraiti:
- İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Sea Breeze Resort and Residences” istirahət kompleksinin ərazisində;
- İş rejimi: 5 günlük iş həftəsi;
- Nəqliyyat servisi və korporativ nömrə ilə təminat;
- Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun müəyyən edilir.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.