Tabe olacaq şöbə - Daxili audit Şöbəsi
Vəzifə təlimatları:
- Təsdiq edilmiş audit planına uyğun olaraq daxili audit yoxlamalarının aparılması;
- Maliyyə, əməliyyat və xərclər üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Risk əsaslı audit yanaşması ilə nəzarət boşluqlarının və uyğunsuzluqların müəyyən edilməsi;
- Audit nəticələri üzrə hesabatların hazırlanması və tövsiyələrin formalaşdırılması;
- Verilmiş tövsiyələrin icrasına nəzarət və təkrar yoxlamaların aparılması;
- Rəhbərlik üçün tələb olunan məlumatların hazırlanmasında iştirak;
- Zərurət yarandıqda plandankənar audit yoxlamalarının icrası.
Tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Auditor və ya maliyyə nəzarəti sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Audit hesabatlarının hazırlanması və analitik yazı bacarığı;
- Excel, 1C və analitik alətlərlə işləmə bacarığı;
- Avtonəqliyyatın olması mütləqdir;
- Yaş həddi: 30-45
İş şəraiti:
- İş yeri: Mingəçevir şəhəri
- İş qrafiki: həftənin 5 günü 09:00-dan 18:00-a dək, İstirahət: şənbə - bazar
- Əmək haqqı – Namizədlə müsahibə əsnasında dəyərləndiriləcək
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.