“Nardaran İnvest” MMC “Aparıcı Vergi Mühasibi” vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək
Vəzifə öhdəlikləri:
- Şirkətin vergi öhdəliklərinin hesablanmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, əmlak vergisi, torpaq vergisi, sadələşdirilmiş vergi və digər vergi bəyannamələrini hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim etmək;
- Mühasibat uçotu məlumatları ilə vergi bəyannamələrinin göstəricilərini üzləşdirmək, aşkar edilmiş fərqləri araşdırmaq və aradan qaldırmaq;
- Elektron qaimə-fakturaların, elektron alış aktlarının və digər elektron vergi sənədlərinin düzgün hazırlanmasını, göndərilməsini və prosesə nəzarəti həyata keçirmək;
- Tikinti obyektləri, torpaq sahələri, yaşayış və qeyri-yaşayış sahələri üzrə vergi uçotunun aparılmasında, obyektlərin qeydiyyatında və əlaqəli sənədlərin hazırlanmasında iştirak etmək;
- İlkin mühasibat sənədlərinin, müqavilələrin, aktların, hesab-fakturaların və bank əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunu yoxlamaq və mümkün vergi risklərini müəyyən etmək;
- Vergi orqanlarından daxil olan kameral uyğunsuzluq məktublarını, bildirişləri və sorğuları araşdırmaq, tələb olunan məlumatları toplamaq və cavab layihələrini hazırlamaq;
- Vergi yoxlamaları və digər vergi nəzarəti tədbirləri zamanı tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək;
- Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və həmin dəyişikliklərin şirkətin fəaliyyətinə təsiri barədə rəhbərliyi məlumatlandırmaq.
Namizədə dair tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, vergi və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- Vergi uçotu və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə praktiki biliklər;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, əmlak vergisi, torpaq vergisi və digər vergi hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
- İlkin mühasibat sənədləri, müqavilələr, aktlar, hesab-fakturalar və bank əməliyyatları üzrə vergi risklərini müəyyən etmək bacarığı;
- Kameral uyğunsuzluq məktublarının cavablandırılması və vergi orqanları ilə rəsmi yazışma təcrübəsi;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
Üstünlük hesab olunur:
- Tikinti, daşınmaz əmlak və ya layihə əsaslı fəaliyyət göstərən şirkətlərdə iş təcrübəsi;
- 1C və ya digər mühasibat proqramlarından istifadə təcrübəsi;
- Mühasibatlıq və ya vergi sahəsi üzrə peşəkar sertifikatların olması.
Şəxsi keyfiyyətlər:
- Dəqiqlik və rəqəmlərlə diqqətli işləmək bacarığı;
- Məsuliyyətlilik və intizamlılıq;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək vərdişi;
- Komanda ilə işləmək və effektiv kommunikasiya qurmaq bacarığı;
- Tapşırıqları müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirmək bacarığı.
İş barədə məlumat:
- İş qrafiki: 5/2;
- İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Vergi Mühasibi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.