Aparıcı Vergi Mühasibi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Vergi Mühasibi

  • Deadline 22 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nardaran İnvest” MMC “Aparıcı Vergi Mühasibi” vakansiyasını elan edir!

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək

Vəzifə öhdəlikləri:

  • Şirkətin vergi öhdəliklərinin hesablanmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, əmlak vergisi, torpaq vergisi, sadələşdirilmiş vergi və digər vergi bəyannamələrini hazırlamaq və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim etmək;
  • Mühasibat uçotu məlumatları ilə vergi bəyannamələrinin göstəricilərini üzləşdirmək, aşkar edilmiş fərqləri araşdırmaq və aradan qaldırmaq;
  • Elektron qaimə-fakturaların, elektron alış aktlarının və digər elektron vergi sənədlərinin düzgün hazırlanmasını, göndərilməsini və prosesə nəzarəti həyata keçirmək;
  • Tikinti obyektləri, torpaq sahələri, yaşayış və qeyri-yaşayış sahələri üzrə vergi uçotunun aparılmasında, obyektlərin qeydiyyatında və əlaqəli sənədlərin hazırlanmasında iştirak etmək;
  • İlkin mühasibat sənədlərinin, müqavilələrin, aktların, hesab-fakturaların və bank əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunu yoxlamaq və mümkün vergi risklərini müəyyən etmək;
  • Vergi orqanlarından daxil olan kameral uyğunsuzluq məktublarını, bildirişləri və sorğuları araşdırmaq, tələb olunan məlumatları toplamaq və cavab layihələrini hazırlamaq;
  • Vergi yoxlamaları və digər vergi nəzarəti tədbirləri zamanı tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək;
  • Vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və həmin dəyişikliklərin şirkətin fəaliyyətinə təsiri barədə rəhbərliyi məlumatlandırmaq.

Namizədə dair tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, vergi və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • Vergi uçotu və mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə praktiki biliklər;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, əmlak vergisi, torpaq vergisi və digər vergi hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
  • İlkin mühasibat sənədləri, müqavilələr, aktlar, hesab-fakturalar və bank əməliyyatları üzrə vergi risklərini müəyyən etmək bacarığı;
  • Kameral uyğunsuzluq məktublarının cavablandırılması və vergi orqanları ilə rəsmi yazışma təcrübəsi;
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.

Üstünlük hesab olunur:

  • Tikinti, daşınmaz əmlak və ya layihə əsaslı fəaliyyət göstərən şirkətlərdə iş təcrübəsi;
  • 1C və ya digər mühasibat proqramlarından istifadə təcrübəsi;
  • Mühasibatlıq və ya vergi sahəsi üzrə peşəkar sertifikatların olması.

Şəxsi keyfiyyətlər:

  • Dəqiqlik və rəqəmlərlə diqqətli işləmək bacarığı;
  • Məsuliyyətlilik və intizamlılıq;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri mütəmadi izləmək vərdişi;
  • Komanda ilə işləmək və effektiv kommunikasiya qurmaq bacarığı;
  • Tapşırıqları müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirmək bacarığı.

İş barədə məlumat:

  • İş qrafiki: 5/2;
  • İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı Vergi Mühasibi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly374
  • Monthly2051