Fit-Out İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Fit-Out İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

  • Истекает 30 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nardaran Invest MMC “Fit-Out İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:

  • Fit-out işlərinin təsdiq edilmiş layihə, spesifikasiya və standartlara uyğunluğuna nəzarət etmək;
  • Materialların və görülən işlərin keyfiyyət yoxlamalarını həyata keçirmək;
  • İnspeksiya və test proseslərini koordinasiya etmək;
  • Uyğunsuzluqları (NCR) qeydə almaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Keyfiyyət sənədlərinin və hesabatlarının hazırlanmasını təmin etmək;
  • Podratçı və sifarişçi nümayəndələri ilə texniki koordinasiyada iştirak etmək.

Tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Fit-out və daxili tamamlama işləri üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Texniki sənədlərlə işləmək bacarığı;
  • Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı.

İş barədə məlumat:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
  • Əmək haqqı: 2500-2800 AZN
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur;

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Fit-Out İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” qeyd edə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily8
  • Weekly225
  • Monthly8