Geodeziya / Topoqrafiya Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Geodeziya / Topoqrafiya Mühəndisi

  • Deadline 21 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nardaran İnvest” MMC “Geodeziya / Topoqrafiya Mühəndisi” vakansiyasını elan edir!

Sahə işlərində təcrübəsi olan, topoqrafik ölçmələr və xəritələşdirmə üzrə praktiki bacarıqlara malik mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Ərazi üzrə geodezik və topoqrafik təhlillər aparmaq, obyektləri, qurğuları və digər ərazi elementlərini yüksək dəqiqliklə ölçmək;
  • Topoqrafik çəkilişləri (syomka) həyata keçirmək və nəticələr əsasında obrislər hazırlamaq;
  • Müxtəlif miqyaslı xəritələr, topoqrafik planlar və xəritə materialları hazırlamaq;
  • Şəhərsalma və digər layihələr üçün topoqrafik məlumatlar hazırlamaq;
  • Relyef məlumatları ilə işləmək, rəqəmsal relyef modellərinin və həcm hesablamalarının hazırlanmasında iştirak etmək;
  • Topoqrafik ölçmələr aparmaq, xəritələşdirmə və ərazi məlumatlarını təhlil etmək;
  • Total Station, GPS/GNSS və digər geodezik ölçmə avadanlıqlarından peşəkar şəkildə istifadə etmək;
  • Sahə ölçmələrindən əldə olunan məlumatları AutoCAD və digər müvafiq proqram təminatlarına köçürmək və emal etmək;
  • Ölçmə nəticələri əsasında texniki hesabatlar, planlar və digər təqdimat materialları hazırlamaq;
  • Layihə ərazisində baş verən dəyişiklikləri və işlərin gedişatını mütəmadi izləmək;
  • Aşkar edilmiş dəyişikliklər, uyğunsuzluqlar və irəliləyişlər barədə layihə rəhbərliyinə vaxtında məlumat vermək;
  • Ölçmə və hesablamaların dəqiqliyinə, həmçinin hazırlanmış texniki sənədlərin layihə tələblərinə uyğunluğuna nəzarət etmək.

Namizədə tələblər:

  • Geodeziya və Xəritəçilik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil — arzuolunandır;
  • Analoji vəzifə üzrə minimum 5 il iş təcrübəsi;
  • AutoCAD proqramında sərbəst işləmə bacarığı;
  • Total Station və GPS/GNSS avadanlıqları ilə peşəkar işləmə bacarığı;
  • Topoqrafik ölçmələr, xəritəçəkmə və geodeziya sahəsində geniş nəzəri və praktiki biliklər;
  • Topoqrafik məlumatların emalı, təhlili və texniki hesabatların hazırlanması bacarığı;
  • Relyef və həcm hesablamaları ilə işləmək bacarığı;
  • Sahə ölçmələrini dəqiq və operativ şəkildə həyata keçirmək bacarığı;
  • Texniki sənədləşdirmə və hesabatların hazırlanması üzrə bacarıqlar;
  • Komanda daxilində işləmək və layihə rəhbərliyi ilə effektiv kommunikasiya qurmaq bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Geodeziya / Topoqrafiya Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly138
  • Monthly1864