“Nardaran İnvest” MMC Rezidentlərlə iş şöbəsinin direktoru vakansiyasını elan edir:
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə haqqında məlumat:
- Sea Breeze ərazisində yaşayan rezidentlərə yüksək səviyyəli xidmət göstərilməsinə cavabdeh Rezidentlərlə İş Şöbəsinin Direktoru axtarılır. Siz komanda rəhbərliyi, xidmət keyfiyyətinin yüksəldilməsi və sakin məmnuniyyətinin artırılması üzrə strateji qərarlar verəcəksiniz. Ən uyğun namizəd kommunikasiya bacarıqları, problemlərin operativ həlli və icma ruhunu gücləndirmək bacarığına malik olmalıdır. Sea Breeze sakinlərinə rahat, təhlükəsiz və qayğıkeş yaşayış mühiti təmin etmək üçün bizimlə olun!
Vəzifə öhdəlikləri:
- Rezidentlərlə iş strategiyasının hazırlanması və icrası;
- Rezident məmnuniyyəti göstəricilərinin (KPI) idarə olunması;
- Şikayət və müraciətlərin operativ və effektiv həlli;
- Rezident menecerlərin fəaliyyətinə rəhbərlik və nəzarət;
- Front office və xidmət proseslərinin optimallaşdırılması;
- Xidmət standartlarının hazırlanması və tətbiqi;
- Müştəri yönümlü yanaşmanın formalaşdırılması;
- İstismar və Servis ödənişlərinin vaxında ödənilməsinin təmin olunması;
- Digər şöbələrlə (texniki, xidmət və s.) koordinasiya;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Tələblər:
- Ali təhsil (menecment, turizm, xidmət sahəsi);
- Müvafiq sahədə (hospitality/xidmət) minimum 7 illik təcrübə;
- Beynəlxalq mühitdə iş təcrübəsi üstünlükdür;
- Komanda idarəetmə və liderlik bacarıqları;
- Analitik düşüncə qabiliyyəti;
- Xidmət keyfiyyətinə fokus;
- Səlis və işgüzar danışıq bacarığı;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili sərbəst və ingilis dili üstünlükdür;
- MS Office (Excel, Word, Outlook);
- Reporting və KPI ilə işləmə bacarığı;
Üstünlük verilən namizədlər:
- Hotel / resort / residential kompleks təcrübəsi olanlar;
- Böyük komandaları idarə etmiş şəxslər;
- Service excellence sistemləri ilə işləyənlər;
Əlavə məlumat:
- Qrafik 6/1;
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir;
- Tibbi sığorta;
- İş yeri: Nardaran qəs., Sea Breeze Resort.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV göndərə bilərlər.