Nardaran İnvest Nardaran İnvest

Smeta mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Smeta mühəndisi

  • Deadline 29 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Nardaran İnvest” MMC “Smeta mühəndisi” vakansiyasını elan edir!

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam inşaat smetalarının hazırlanmasını və vaxtında təhvil verilməsini təmin etmək;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə hazırlanmış və təsdiq edilmiş sənədləri və cədvəlləri təhlil etmək;
  • Layihə üzrə büdcə risklərini təhlil etmək və nəticələr əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə, spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layihədə dəyişikliklər baş verdikdə smeta sənədlərinə müvafiq düzəlişlər etmək;
  • Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və nəticələr üzrə arayışlar hazırlamaq;
  • Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və normativ tələblərə riayət olunmasına nəzarət etmək;
  • Görülmüş tikinti-quraşdırma və təmir işləri üzrə müvafiq aktları hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin optimallaşdırılması və aşağı salınması istiqamətində tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
  • Smeta qiymətləri üzrə arayışlar hazırlamaq;
  • Tikinti layihələri üzrə yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış işlərin həcmlərini və materialları hesablamaq, müvafiq cədvəlləri hazırlamaq;
  • Obyektlərdə və sahələrdə ölçü işlərini aparmaq;
  • Smetaları bazar qiymətləri əsasında hesablamaq;
  • Texniki hesabatları, o cümlədən Forma 2, Forma 3 və xərc analizlərini hazırlamaq;
  • Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq.

Namizədə dair tələblər:

  • Mühəndislik, xüsusilə İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Layihə-smeta işlərinin hazırlanması üçün normativ-hüquqi sənədlər haqqında bilik;
  • Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un hazırlanması və qiymətləndirilməsi bacarığı;
  • Titul vərəqələrinin, aşkar olunan nasazlıqlar cədvəlinin və digər texniki sənədlərin hazırlanması qaydalarını bilmək;
  • İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • 1C və AutoCAD proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • İngilis və rus dillərini bilmək arzuolunandır;
  • Analitik düşüncə tərzi;
  • Dəqiqlik, operativlik və məsuliyyətlilik;
  • Detallara diqqət və komandada işləmək bacarığı.

Üstünlük veriləcək:

  • İnşaat layihələri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
  • Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması üzrə təcrübə;
  • Tikinti sahələrində ölçü işlərinin aparılması və faktiki iş həcmlərinin müəyyənləşdirilməsi təcrübəsi;
  • Rus dilini bilmək;
  • Böyük həcmli tikinti layihələri üzrə iş təcrübəsi.

İş barədə məlumat:

  • 5 günlük iş rejimi;
  • İş saatları: həftə içi 09:00 – 18:00;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily114
  • Weekly244
  • Monthly2584