“Nardaran İnvest” MMC “Smeta mühəndisi” vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam inşaat smetalarının hazırlanmasını və vaxtında təhvil verilməsini təmin etmək;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə hazırlanmış və təsdiq edilmiş sənədləri və cədvəlləri təhlil etmək;
- Layihə üzrə büdcə risklərini təhlil etmək və nəticələr əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə, spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihədə dəyişikliklər baş verdikdə smeta sənədlərinə müvafiq düzəlişlər etmək;
- Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və nəticələr üzrə arayışlar hazırlamaq;
- Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsi prosesində iştirak etmək;
- Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və normativ tələblərə riayət olunmasına nəzarət etmək;
- Görülmüş tikinti-quraşdırma və təmir işləri üzrə müvafiq aktları hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin optimallaşdırılması və aşağı salınması istiqamətində tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
- Smeta qiymətləri üzrə arayışlar hazırlamaq;
- Tikinti layihələri üzrə yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış işlərin həcmlərini və materialları hesablamaq, müvafiq cədvəlləri hazırlamaq;
- Obyektlərdə və sahələrdə ölçü işlərini aparmaq;
- Smetaları bazar qiymətləri əsasında hesablamaq;
- Texniki hesabatları, o cümlədən Forma 2, Forma 3 və xərc analizlərini hazırlamaq;
- Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq.
Namizədə dair tələblər:
- Mühəndislik, xüsusilə İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Layihə-smeta işlərinin hazırlanması üçün normativ-hüquqi sənədlər haqqında bilik;
- Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un hazırlanması və qiymətləndirilməsi bacarığı;
- Titul vərəqələrinin, aşkar olunan nasazlıqlar cədvəlinin və digər texniki sənədlərin hazırlanması qaydalarını bilmək;
- İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- 1C və AutoCAD proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilini əla səviyyədə bilmək;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Analitik düşüncə tərzi;
- Dəqiqlik, operativlik və məsuliyyətlilik;
- Detallara diqqət və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
- İnşaat layihələri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
- Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması üzrə təcrübə;
- Tikinti sahələrində ölçü işlərinin aparılması və faktiki iş həcmlərinin müəyyənləşdirilməsi təcrübəsi;
- Rus dilini bilmək;
- Böyük həcmli tikinti layihələri üzrə iş təcrübəsi.
İş barədə məlumat:
- 5 günlük iş rejimi;
- İş saatları: həftə içi 09:00 – 18:00;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.