Əsas vəzifələr:
- Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Müştərilərə bankın kredit məhsulları barədə məlumat verilməsi;
- Qızıl girovu və digər kredit növləri üzrə məhsulların satışının təmin edilməsi;
- Kredit müraciətlərinin qəbul edilməsi və təhlil edilməsi;
- Kredit portfelinin idarə edilməsi və ödənişlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;
- Müştəri sorğularının operativ cavablandırılması və yüksək xidmət keyfiyyətinin təmin edilməsi;
- Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə aid digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
- Ali iqtisadi təhsil;
- Kredit mütəxəssisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
- MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
- Kreditləşmə ilə əlaqədar müvafiq qanunvericilik biliklərinə malik olmaq (Mülki Məcəllə, kreditlərin verilməsi ilə əlaqədar Mərkəzi Bankın normativ aktları).
- Komandada və müştərilərlə işləmək bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır.
İş şəraiti:
- AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr. 47e (Armoni Residence)
- Həftə içi 5 iş günü, 09:00–18:00
- Əmək haqqı: razılaşma əsasında
Qeyd olunan tələblərə uyğun gələn şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit mütəxəssisi) göstərməyiniz xahiş olunur.