Beynəlxalq təhsil standartlarına uyğun fəaliyyət göstərəcək və rəsmi açılışa hazırlaşılan yeni təhsil mərkəzimizə peşəkar və motivasiyalı Xaricdə Təhsil üzrə Mütəxəssis dəvət edir.
Vəzifə öhdəlikləri:
- Xarici universitetlərlə əlaqələrin qurulması və əməkdaşlıqların inkişaf etdirilməsi
- Tələbələrə xaricdə təhsil proqramları barədə ətraflı məlumat verilməsi
- Təqaüd proqramları və qəbul şərtləri haqqında məlumatlı olmaq
- Tələbələrin uyğun universitet və proqram seçimində yönləndirilməsi
- Universitet müraciət prosesində tələbələrə dəstək göstərilməsi
- Xarici tərəfdaşlarla rəsmi yazışmaların və görüşlərin aparılması
- Əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə lazım gəldikdə xarici universitetlərə səfərlərdə iştirak etmək
Tələblər:
- İngilis dilində yüksək səviyyədə danışıq və yazı bacarığı
- Xaricdə təhsil sahəsində minimum 1–2 il iş təcrübəsi
- Xarici universitet sistemləri və qəbul prosedurları haqqında məlumatlı olmaq
- Təqaüd imkanları və beynəlxalq proqramlar barədə bilik
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq
- Sosial media və təqdimat videolarında rahat çıxış edə bilmək üstünlükdür
Biz nə təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Karyera yüksəlişi imkanları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Beynəlxalq əməkdaşlıqlarda iştirak imkanı
- Xarici universitetlərlə görüş və səfər imkanları
CV-nizi “Xaricdə Təhsil üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.