Tələblər
- Ali, orta ixtisas və ya peşə təhsili (tekstil, tikiş texnologiyası və ya müvafiq sahə üzrə);
- Tikiş istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi, o cümlədən rəhbər və ya briqadir kimi təcrübə üstünlükdür;
- Tikiş maşınları, avadanlıqlar və istehsalat texnologiyası üzrə biliklər;
- Müxtəlif geyim növlərinin tikilməsi və yığım texnologiyasını yaxşı bilmək;
- İstehsalat prosesində keyfiyyətə nəzarət və texniki tələblərin tətbiqi bacarığı;
- Tikişçilərin işinin təşkili, iş bölgüsü və prosesə operativ nəzarət bacarığı;
- Model və texniki sənədlərə uyğun tikiş prosesinin idarə olunması üzrə təcrübə;
- İstehsalat planına uyğun məhsuldarlığın təmin edilməsi bacarığı;
- Avadanlıqlarda yaranan sadə texniki problemləri müəyyən etmə və ilkin müdaxilə bacarığı;
- Keyfiyyət, sürət və material sərfiyyatına nəzarət etmək bacarığı;
- Komanda idarəetməsi, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- İntizamlı, dəqiq və nəticəyönümlü olmaq.
Üstünlük veriləcək:
- Kütləvi tikiş istehsalı müəssisələrində iş təcrübəsi;
- Uniforma, iş geyimləri və ya tekstil məhsulları istehsalı üzrə təcrübə;
- İstehsalatın planlanması və normativ göstəricilərlə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 051 225 58 75