N Nazim1001
  • 1.6K

Kargüzar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kargüzar

  • Deadline 18 Noyabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri: 

  • Kargüzarlıq işinin təşkili və nəzarət edilməsi;
  • Sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, müvafiq struktur bölmələrə təqdim edilməsi və cavablandırılmasının təmin edilməsi;
  • Sənədlərin icrasına nəzarət edilməsi və müvafiq qaydada arxivləşdirilməsi;
  • Sənədlərinin arxivə qəbul edilməsi qruplaşdırılması və sistemləşdirilmiş formada saxlanılmasının təşkili;
  • Sənədlərin və məktubların düzgün formada tərtib olunması;
  • Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edilməsi;
  • Etibarnamələrin qeydiyyatının aparılması;
  • Kuryer və poçt daşınmaları işinin təşkili (məktubların, sənədlərin və s. ofisdaxili, şəhərdaxili, şəhərxarici dövriyyəsinin təşkili);
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Namizədə dair əsas tələblər: 

  • Ali təhsil;
  • Kargüzarlıq üzrə azı 1 il iş təcrübəsi; 
  • Yaş həddi: 25-35 yaş;
  • Kompyuter bilikləri: MS Excel, MS Word ilə işləmək bacarıqları; 
  • Azərbaycan dili, rus və ingilis dil biliyi arzuolunandır; 

Digər fərdi keyfiyyət göstəriciləri:

  • Enerjili, pozitiv, çevik, stresə davamlı və məsuliyyətli olması;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; 
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı; 
  • Komandada işləmək bacarığı yüksək olmalıdır;

Əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;

Tələblərə uğun namizədlər mövzu yerində “Kargüzar“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily1
  • Weekly362
  • Monthly982