Vəzifə öhdəlikləri:
- Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi;
- Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak etməsi;
- Məhsul haqqında bilikləri daim artırmaq və müştəriyə düzgün informasiyanı ötürmək
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Müxtəlif biznes proseslərdən anlayışlı olmalı;
- Şirkətlər ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq;
- Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə);
- Tender prosesi haqqında məlumatlı olmağı və işləmə qabiliyyəti olmağı mütləqdir;
- Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
Namizədə dair əsas tələblər:
- Ali təhsil;
- Cins: Xanım;
- 25-40 yaş həddi;
- 2-3 ildən artıq Korporativ satış üzrə təcrübə;
- Tender.gov.az portalında işləməyi bacarmalı;
- B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
- Komputer bilikləri: MS Office (Word, Excel, Micro)
- Dil bilikləri: Azərbaycan dili, (Rus dili biliyi arzuolunandır);
- Şəxsi avtomobilinin olması;
Digər fərdi keyfiyyət göstəriciləri:
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
- Enerjili, pozitiv, çevik və məsuliyyətli olması ;
- İnformasiyanın təhlili və analiz etmək bacarığı ;
- Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır
Əlavə məlumat:
- İş yeri: Bakı şəh, Bəşir Bünyadov 5Q;
- İşçi korporativ nömrə və danışıq balansı ilə təmin olunur;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.
Tələblərə uğun namizədlər mövzu yerində “Korporativ satış üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.