Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;
- Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
- İş təcrübəsi: müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı;
- Stresə davamlı, punktual, məsuliyyətli, kreativ ideyalı, işində çevik və dəqiq olması;
- Komandada işləmək, problem həll etmə, öyrənmə bacarıqları;
Vəzifə öhdəlikləri:
- Cari layihələrdə təkmilləşdirilmə işlərinin aparılması;
- Texniki dəstəyin göstərilməsi;
- Yeni layihələrin hazırlanması.
Bilik və bacarıqlar:
Proqramlaşdırma Bacarıqları:
- PHP proqramlaşdırma dili üzrə peşəkar səviyyədə biliklər;
- PHP - ORM (Object-Relational Mapping), MVC (Model-View-Controller), OOP (Object-Oriented Programming) prinsipləri haqqında biliklərə sahib olmaq;
- Təmiz, oxunaqlı və obyekt yönümlü kod yazma bacarığı;
- Mövcud layihələrin kodlarını oxuma və anlama bacarığı;
- Texniki sənədləri oxuma və yazmaq bacarığı.
(Framework) və Alətlər:
- PHP Laravel ilə sərbəst kodlaşdırma bacarığı;
- Git və digər kod versiyasını idarəetmə sistemləri ilə işləmə təcrübəsi.
Verilənlər Bazası Bilikləri:
- RDBMS (MySQL) üzrə biliklər;
- ORM biliyi və optimal SQL query yazma bacarığı;
- Verilənlər bazasının strukturunun layihələndirilməsi.
API və Şəbəkə Bilikləri:
- REST API yazma təcrübəsi;
- HTTP protokolları: HTTPS, authentication, Web Hooks, API, WebSocket üzrə biliklər.
Front-End üzrə Minimal Biliklər:
- HTML, CSS və JavaScript üzrə baza biliklər;
- Front-end ilə back-end arasında əlaqənin qurulması prinsiplərini anlamaq;
- Texniki sənədləri oxuma və yazmaq bacarığı.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Backend Developer" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.