Namizədə dair tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: MS Windows sistemi, Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla
- Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
- Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
- Analitik düşüncə, ünsiyyət və danışıqlar aparma qabiliyyəti
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
Vəzifə öhdəlikləri:
- Satınalmanın tam dövrünün həyata keçirilməsi: təchizatçıların axtarılması;
- Müqavilələrin bağlanması və tədarüklərə nəzarət;
- Tələb olunan məhsulların və ya xidmətin yerli və xarici bazarda araşdırılması və təhlili;
- Satın alınan malların sifarişlərinin yerləşdirilməsi və anbarda qəbulu;
- Satınalma hesabatlarının hazırlanması, analiz edilməsi və daim yenilənməsi;
- Təchizatçılarla əlaqələrin qurulması, danışıqların aparılması, endirimlərin əldə olunması və digər kommunikasiya fəaliyyətlərinin icrası;
- Təqdim olunan malların, işlərin, xidmətlərin keyfiyyətinin yoxlanılmasına nəzarəti;
- Tədarükçülərlə müqavilələrin bağlanmasını icra etmək, aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək və müvafiq şöbəyə təqdim etmək, ödənişlərin icrasının izləmək;
- Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsi;
- Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanması, onların düzgün daşınması və çatdırılması işini təşkil etməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandirması;
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: 750 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “mütəxəssis (Satınalma şöbəsi)" adını qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır