Vəzifə və öhdəliklər:
Məlumatlarla iş:
- Daxili sistemlərdən (CRM, call-center, ödəniş platformaları, verilənlər bazası) məlumatların toplanması, təmizlənməsi və hazırlanması.
- Xarici məlumat mənbələrinin inteqrasiyası (Kredit Bürosu, açıq məlumatlar, tərəfdaş API-ləri).
Analitika və modelləşdirmə:
- Müştəri davranışının, borcun yığılma ehtimalının analizi, A/B testlərinin keçirilməsi, hipotezaların yaradılması və yoxlanılması.
- Məlumat modellərinin hazırlanması və dəstəklənməsi.
- Müştəri seqmentasiyası və kohort analizləri.
Vizualizasiya və hesabatlıq:
- Dashboard-ların yaradılması (PowerBI, Tableau).
- Analitik nəticələrin rəhbərlik və məhsul komandaları üçün təqdimatı.
Tələblər:
Texniki (vacib):
- Sadə və orta səviyyəli SQL sorğuları bilmək.
- BI alətləri ilə iş təcrübəsi.
- Excel/Google Sheets/Power Query-də yüksək səviyyədə bilik.
Üstünlük olacaq:
- Python (pandas, numpy, matplotlib, scikit-learn) bilikləri.
- Verilənlər bazaları ilə iş təcrübəsi (PostgreSQL, ClickHouse, BigQuery və s.).
- Maşın öyrənməsi və statistik prinsipləri başa düşmək.
- Maliyyə analitikası sahəsində 2-4 il təcrübəsi olan, bank, fintech və ya mikrofinans təşkilatlarında iş təcrübəsi.
Biznes-kompetensiyalar:
- Mikrofinans biznesinin xüsusiyyətlərini anlamaq: gecikmə, borcun yığılması.
- Qərarvermə üçün məlumatların təhlili bacarığı.
- KPI və unit-iqtisadiyyatla işləmək bacarığı.
- Rus dili mütləqdir
Şəxsi keyfiyyətlər:
- Texniki bilikləri və biznes yönümlü düşüncə tərzini birləşdirən.
- Məlumatları tədqiq etməyi və qanunauyğunluqları axtarmağı sevən, yalnız hesabat hazırlamaqla kifayətlənməyən.
- Mürəkkəb mövzuları sadə dillə izah edə bilən.
- İnisiyativli və analitik prosesləri müstəqil şəkildə qura bilən.
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı
İş şəraiti:
- İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat)
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Data Analitik) qeyd etməklə göndərmələri xahiş olunur.