NBCO KredAqro NBCO KredAqro
  • 466

Daxili Nəzarət Şöbəsinin Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Nəzarət Şöbəsinin Rəhbəri

  • Deadline 19 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” BOKT MMC Daxili Nəzarət Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə (AML/CFT, sanksiyalar, ödəniş xidmətləri) və şirkətin daxili prosedurlarına riayət olunmasına nəzarət;
  • Əməliyyatların monitorinqi, müştəri yoxlamasının (CDD) aparılması, Maliyyə Monitorinqi Xidmətinə hesabatların hazırlanması və təqdim edilməsi, tənzimləyici orqanlarla qarşılıqlı əlaqə;
  • Daxili normativ sənədlərin (siyasətlər, qaydalar, prosedurlar) hazırlanması və yenilənməsi;
  • Müntəzəm daxili yoxlamaların və illik daxili auditin aparılması;
  • Daxili risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, düzəldici tədbirlərin icrasına nəzarət;
  • İdarəetmə orqanları və dövlət qurumları üçün hesabat və materialların hazırlanması;
  • Daxili nəzarət və AML/CFT mövzularında əməkdaşların təlimatlandırılması;
  • Maliyyə Monitorinqi Şöbəsinin rəhbərinin müavini funksiyalarının icrası (olmadığı hallarda).

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, hüquq, idarəetmə);
  • Fintex və ya ödəniş təşkilatında daxili nəzarət/komplayens sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə;
  • AML/CFT, ödəniş xidmətləri, sanksiyalar və valyuta tənzimlənməsi üzrə qanunvericiliyin biliyi;
  • Tənzimləyici qurumlar və xarici auditorlarla iş təcrübəsi;
  • Rus dili biliyi mütləqdir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Daxili Nəzarət Şöbəsinin Rəhbəri)  qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily2
  • Weekly500
  • Monthly1679