NBCO KredAqro NBCO KredAqro
  • 764

Helpdesk Mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Helpdesk Mütəxəssisi

  • Deadline 19 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə və öhdəliklər:

  • İstifadəçilərdən daxil olan texniki sorğuların qəbul edilməsi (telefon, e-mail və ya ticket sistemi vasitəsilə).
  • Noutbuk, printer, skaner və digər İT avadanlıqlarındakı nasazlıqların ilkin diaqnostikası və aradan qaldırılması.
  • Windows, MS Office və korporativ proqram təminatı üzrə ilkin texniki dəstəyin göstərilməsi.
  • Şəbəkə bağlantısı, internet, VPN və daxili resurslara giriş problemlərinin araşdırılması və həll edilməsi.
  • İstifadəçilərə parol bərpası, hesabların aktivləşdirilməsi və giriş hüquqlarının verilməsi.
  • Müraciətlərin qeydiyyatı və icra vəziyyətinin izlənməsi (ticket sistemi və ya daxili jurnalla).
  • Həll olunmayan texniki məsələlərin aidiyyəti üzrə 2-ci və ya 3-cü səviyyəli dəstək komandasına yönləndirilməsi.
  • İT avadanlıqlarının inventarizasiyasının və qeydiyyatının aparılması.
  • Yeni işçilər üçün iş mühitinin hazırlanması: kompüter, e-mail, giriş hüquqları, zəruri proqram təminatının qurulması.
  • İstifadəçilərə texniki mövzularda qısa təlimlərin keçirilməsi və tövsiyələrin verilməsi.

Tələblər:

  • İT sahəsində baza biliklər (hardware, software, şəbəkə əsasları).
  • Ali və ya orta texniki təhsil (arzuolunandır).
  • Windows əməliyyat sistemi və Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.
  • Texniki problemlərin analizi və həllinə yönəlik yanaşma.
  • Yüksək ünsiyyət bacarığı, səbirli və məsuliyyətli olmaq.
  • Azərbaycan və rus dillərində sərbəst danışıq; ingilis dili biliyi üstünlükdür.

Üstünlük sayılacaq:

  • IT Helpdesk və ya texniki dəstək sahəsində iş təcrübəsi;
  • Servis və ya ticket sistemləri (məsələn: OTRS, Zendesk, Jira və s.) ilə iş təcrübəsi;
  • Aktiv, komandada işləmə bacarığı və öyrənməyə meyllilik.

Biz təklif edirik:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Rəqabətqabiliyyətli əməkhaqqı
  • Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı

İş şəraiti:

  • İş qrafiki: (Bazar ertəsi - Cümə / Tam ştat)
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Helpdesk)  qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily169
  • Weekly380
  • Monthly743