“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Müştəri məlumatlarının identifikasiyası və təsdiqlənməsi;
- Sənədlərin düzgünlüyünün və uyğunluğunun yoxlanılması;
- Məlumatların müəyyən kriteriyalara uyğunluğunun təhlili;
- Səhvlərin və uyğunsuzluqların aşkarlanması;
- Müştərilərin şəxsi məlumatlarının yoxlanılması (verifikasiya);
- Məlumat bazaları və hesabat sistemləri ilə iş;
- Lazım gəldikdə digər şöbələrlə məlumat mübadiləsi.
Tələb olunan keyfiyyətlər:
- Ali və ya orta ixtisas təhsili;
- Kredit, müştərilərlə iş, çağrı mərkəzi və ya anderraytinq sahəsində iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq, rus dili arzuolunandır;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Müştərilərlə davranış etikası.
İş şəraiti:
- Online iş rejimi;
- İş qrafiki: 2 növbəli 08:00 - 20:00 / 20:00 – 08:00 (2 gün iş, 2 gün istirahət günü);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və noutbook ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.