Fərdi sahibkar olan müştərilərə biznes fəaliyyətlərinin onlayn yoxlanılması prosesindən keçməkdə və kredit rəsmiləşdirməkdə kömək edəcək fəal, ünsiyyətcil və müştəriyönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
- Fərdi sahibkarların biznes fəaliyyətinin məsafədən, onlayn qaydada yoxlanılması prosesini həyata keçirmək;
- Müştərini video-yoxlama mərhələsindən başlayaraq yoxlamanın uğurla tamamlanmasının təsdiqinə qədər müşayiət etmək;
- Müştərinin yoxlamanın bütün mərhələlərindən keçməsinə kömək etmək və anlaşılmayan məqamları izah etmək;
- Kreditin rəsmiləşdirilməsi ilə bağlı müştərilərə məsləhət vermək;
- Müştəriləri kredit məhsulları və rəsmiləşdirmə şərtləri barədə məlumatlandırmaq;
- Proses zamanı müştərilərdə yaranan etiraz və tərəddüdləri aradan qaldırmaq;
- Satış planını yerinə yetirmək və yüksək xidmət səviyyəsini təmin etmək.
Namizədə dair tələblər
- İnsanlarla ünsiyyət qurmaq və fərdi yanaşma nümayiş etdirmək bacarığı;
- Nəticəyönümlü olmaq və satış planını yerinə yetirməyə hazır olmaq;
- Aktiv satış bacarıqlarına malik olmaq;
- Sürətli öyrənmə və kompüterdən sərbəst istifadə bacarığı;
- Maliyyə xidmətlərinin satışı və ya kreditləşmə sahəsində iş təcrübəsinə malik olmaq.
Biz nə təklif edirik?
- Məhsullar üzrə təlim və işə başlama mərhələsində dəstək;
- Şəffaf əməkhaqqı sistemi: sabit əməkhaqqı və nəticələrə əsaslanan bonuslar;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Mehriban komanda və rahat iş şəraiti;
- İş qrafiki: növbəli;
İnsanlara kömək etməkdən və konkret nəticələr əldə etməkdən zövq alırsınızsa, müraciətinizi gözləyirik!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.