Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası üzrə avtokreditləşmə və lizinq istiqamətində kommersiya məqsədlərinin icrasının təmin edilməsi, maliyyə KPI-larının və strateji SMART hədəflərin yerinə yetirilməsinə nəzarət;
- Avtomobil lizinqi üzrə əməliyyat proseslərinin tam dövrünün idarə edilməsi: müştərinin cəlb edilməsindən başlayaraq, müqavilənin icrası və zərurət yarandıqda müsadirə edilmiş avtomobillərin realizasiyasınadək;
- Tərəfdaş və diler şəbəkəsinin qurulması, inkişaf etdirilməsi və satış proseslərinin effektivliyinin artırılması;
- İstiqamət üzrə biznes-modelin və kredit məhsullarının təhlili, məhsul şərtlərinin bazar tələblərinə uyğunlaşdırılması, rəqabət qabiliyyətinin və gəlirliliyin təmin edilməsi;
- Əməliyyat fəaliyyəti üzrə struktur bölmələrinin formalaşdırılması və idarə olunması;
- Lizinq istiqamətinin inkişafına yönəlmiş layihələrin təşəbbüsü, planlaşdırılması və icrasında iştirak.
Tələblər:
- Qeyri-bank kredit təşkilatlarında, lizinq və ya digər maliyyə qurumlarında minimum orta menecer səviyyəsində ən azı 5 il rəhbər vəzifədə iş təcrübəsi;
- Azərbaycan bazarında kredit və lizinq məhsullarının, xüsusilə girovla təmin olunmuş kreditlərin işləmə mexanizmi üzrə dərin biliklər;
- Maliyyə gəlirliliyinin hesablanması, proqnozlaşdırılması və bazar risklərinin qiymətləndirilməsi bacarığı;
- Avtokreditləşmə bazarı və mövcud bazar trendləri üzrə biliklər;
- Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Effektiv idarəetmə və əməliyyat proseslərinin qurulması üzrə təcrübə.
Üstünlük hesab olunur:
- Ali maliyyə və ya iqtisadi təhsil;
- Avtomobil diler şəbəkələri ilə mövcud peşəkar əlaqələr;
- Problemli kreditlərlə, dövlət qurumları və ikinci əl avtomobil bazarları ilə iş təcrübəsi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Lizinq üzrə Rəhbər) qeyd etməklə göndərmələri xahiş olunur.