Lizinq üzrə Rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Lizinq üzrə Rəhbər

  • Deadline 26 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası üzrə avtokreditləşmə və lizinq istiqamətində kommersiya məqsədlərinin icrasının təmin edilməsi, maliyyə KPI-larının və strateji SMART hədəflərin yerinə yetirilməsinə nəzarət;
  • Avtomobil lizinqi üzrə əməliyyat proseslərinin tam dövrünün idarə edilməsi: müştərinin cəlb edilməsindən başlayaraq, müqavilənin icrası və zərurət yarandıqda müsadirə edilmiş avtomobillərin realizasiyasınadək;
  • Tərəfdaş və diler şəbəkəsinin qurulması, inkişaf etdirilməsi və satış proseslərinin effektivliyinin artırılması;
  • İstiqamət üzrə biznes-modelin və kredit məhsullarının təhlili, məhsul şərtlərinin bazar tələblərinə uyğunlaşdırılması, rəqabət qabiliyyətinin və gəlirliliyin təmin edilməsi;
  • Əməliyyat fəaliyyəti üzrə struktur bölmələrinin formalaşdırılması və idarə olunması;
  • Lizinq istiqamətinin inkişafına yönəlmiş layihələrin təşəbbüsü, planlaşdırılması və icrasında iştirak.

Tələblər:

  • Qeyri-bank kredit təşkilatlarında, lizinq və ya digər maliyyə qurumlarında minimum orta menecer səviyyəsində ən azı 5 il rəhbər vəzifədə iş təcrübəsi;
  • Azərbaycan bazarında kredit və lizinq məhsullarının, xüsusilə girovla təmin olunmuş kreditlərin işləmə mexanizmi üzrə dərin biliklər;
  • Maliyyə gəlirliliyinin hesablanması, proqnozlaşdırılması və bazar risklərinin qiymətləndirilməsi bacarığı;
  • Avtokreditləşmə bazarı və mövcud bazar trendləri üzrə biliklər;
  • Rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Effektiv idarəetmə və əməliyyat proseslərinin qurulması üzrə təcrübə.

Üstünlük hesab olunur:

  • Ali maliyyə və ya iqtisadi təhsil;
  • Avtomobil diler şəbəkələri ilə mövcud peşəkar əlaqələr;
  • Problemli kreditlərlə, dövlət qurumları və ikinci əl avtomobil bazarları ilə iş təcrübəsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Lizinq üzrə Rəhbər) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily42
  • Weekly349
  • Monthly2029