“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Məlumat Mərkəzi üzrə Layihə Rəhbəri / Supervayzer vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Yeni kontakt mərkəzinin biznes proseslərinin, komandanın və texnoloji infrastrukturun formalaşdırılması;
- Məlumat Mərkəzində müraciətlərlə işin məntiqinin qurulması;
- Biznes tələblərin hazırlanması və Məlumat Mərkəzi statistikası ilə iş sisteminin tətbiqi;
- Məlumat Mərkəzi layihələrinin idarə olunması, yeni məhsulların tətbiqi;
- Operatorlar və keyfiyyətə nəzarət üzrə mütəxəssislərdən (QA) ibarət komandaların seçimi, təlimi və inkişafında iştirak;
- Əsas effektivlik göstəricilərinin (SLA, CSAT, FCR, AHT və s.) idarə olunması;
- Xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə sisteminin tətbiqi;
- WFM (əmək resurslarının idarə olunması) proseslərinin planlaşdırılması və nəzarəti;
- Kontakt mərkəzi sistemlərinin şirkətin İT və biznes proseslərinə inteqrasiyası;
- Təhlükəsizlik standartlarına, KYC, AML və məlumatların qorunması tələblərinə əməl olunmasının təmin edilməsi.
Tələb olunan keyfiyyətlər:
- Kontakt mərkəzində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi (fintech, bank sektoru və ya elektron ticarət sahəsində olması üstünlükdür);
- Telefoniya sistemlərinin iş prinsiplərini və texnologiyalarını anlama;
- Biznes tələblərin hazırlanması və analitika sistemlərinin tətbiqi üzrə təcrübə;
- Azərbaycan və rus dillərini sərbəst bilmək (şifahi və yazılı);
- Yüksək analitik bacarıqlar, liderlik keyfiyyətləri və sistemli düşüncə;
Üstünlük hesab olunur:
- KYC, AML və informasiya təhlükəsizliyi prinsipləri üzrə biliklər;
- Çat-botların və səsli IVR sistemlərinin tətbiqi üzrə təcrübə;
- Kredit-maliyyə sahəsində daxili kontakt mərkəzinin yaradılması təcrübəsi;
- Məlumatların qorunması üzrə yerli normativ tələblərin biliyi.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Məlumat Mərkəzi üzrə Layihə Rəhbəri / Supervayzer) qeyd etməklə göndərmələri xahiş olunur.