NBCO KredAqro NBCO KredAqro
  • 123

Məlumat Mərkəzi üzrə Layihə Rəhbəri / Supervayzer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məlumat Mərkəzi üzrə Layihə Rəhbəri / Supervayzer

  • Deadline 20 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Məlumat Mərkəzi üzrə Layihə Rəhbəri / Supervayzer vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifə və öhdəliklər:

  • Yeni kontakt mərkəzinin biznes proseslərinin, komandanın və texnoloji infrastrukturun formalaşdırılması;
  • Məlumat Mərkəzində müraciətlərlə işin məntiqinin qurulması;
  • Biznes tələblərin hazırlanması və Məlumat Mərkəzi statistikası ilə iş sisteminin tətbiqi;
  • Məlumat Mərkəzi layihələrinin idarə olunması, yeni məhsulların tətbiqi;
  • Operatorlar və keyfiyyətə nəzarət üzrə mütəxəssislərdən (QA) ibarət komandaların seçimi, təlimi və inkişafında iştirak;
  • Əsas effektivlik göstəricilərinin (SLA, CSAT, FCR, AHT və s.) idarə olunması;
  • Xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə sisteminin tətbiqi;
  • WFM (əmək resurslarının idarə olunması) proseslərinin planlaşdırılması və nəzarəti;
  • Kontakt mərkəzi sistemlərinin şirkətin İT və biznes proseslərinə inteqrasiyası;
  • Təhlükəsizlik standartlarına, KYC, AML və məlumatların qorunması tələblərinə əməl olunmasının təmin edilməsi.

Tələb olunan keyfiyyətlər:

  • Kontakt mərkəzində rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi (fintech, bank sektoru və ya elektron ticarət sahəsində olması üstünlükdür);
  • Telefoniya sistemlərinin iş prinsiplərini və texnologiyalarını anlama;
  • Biznes tələblərin hazırlanması və analitika sistemlərinin tətbiqi üzrə təcrübə;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (şifahi və yazılı);
  • Yüksək analitik bacarıqlar, liderlik keyfiyyətləri və sistemli düşüncə;

Üstünlük hesab olunur:

  • KYC, AML və informasiya təhlükəsizliyi prinsipləri üzrə biliklər;
  • Çat-botların və səsli IVR sistemlərinin tətbiqi üzrə təcrübə;
  • Kredit-maliyyə sahəsində daxili kontakt mərkəzinin yaradılması təcrübəsi;
  • Məlumatların qorunması üzrə yerli normativ tələblərin biliyi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Məlumat Mərkəzi üzrə Layihə Rəhbəri / Supervayzer) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily0
  • Weekly123
  • Monthly1832