“KredAqro” BOKT MMC Məlumat mərkəzini sıfırdan qurmaq, komanda formalaşdırmaq və müştəri təcrübəsini ən yüksək səviyyəyə çatdırmaq üçün Məlumat Mərkəzinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.
Vəzifə və öhdəliklər:
- Məlumat mərkəzinin sıfırdan qurulması: proseslər, komanda, texnologiyalar;
- Operatorlar, supervayzerlər və QA üzrə komandaların seçimi, təlimi və inkişafı;
- SLA, CSAT, FCR, AHT və digər əsas göstəricilərin idarə olunması;
- Xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə sistemi qurmaq;
- WFM (işçi qüvvəsinin idarə edilməsi) proseslərinin planlaşdırılması və nəzarəti;
- Məlumat mərkəzi sistemlərinin IT və biznes prosesləri ilə inteqrasiyası;
- Təhlükəsizlik, KYC, AML və məlumatların qorunması standartlarına riayət olunmasını təmin etmək.
Tələblər:
- Məlumat mərkəzinin və ya müştəri xidmətlərinin idarə edilməsində ən az 3 il təcrübə (fintech, bank və ya e-commerce sahəsində);
- Sıfırdan Məlumat mərkəzi qurmaq təcrübəsi;
- KYC, AML və məlumat təhlükəsizliyi prinsiplərini bilmək;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- Analitik düşüncə, liderlik və sistemli idarəetmə bacarığı.
Üstünlük verilir:
- Çat-bot və səsli IVR sistemlərinin tətbiq təcrübəsi olanlara;
- Kredit və maliyyə sektorunda daxili məlumat mərkəzi qurmuş şəxslərə;
- Məlumatların qorunması üzrə yerli normativ tələbləri bilən mütəxəssislərə.
Biz təklif edirik:
- Sıfırdan müasir məlumat mərkəzi qurmaq imkanı;
- Müştəriyönümlü və texnologiyaya açıq peşəkar komanda;
- Rəhbərliyin dəstəyi və müasir iş alətləri;
- Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi.
İş şəraiti:
- İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat - 2/2 növbəli sistemə keçid mümkün ola bilər)
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
- Limitsiz çay, kofe və mehriban kollektiv
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Məlumat Mərkəzinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.