NBCO KredAqro NBCO KredAqro
  • 541

Məlumat Mərkəzinin Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məlumat Mərkəzinin Rəhbəri

  • Deadline 3 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” BOKT MMC Məlumat mərkəzini sıfırdan qurmaq, komanda formalaşdırmaq və müştəri təcrübəsini ən yüksək səviyyəyə çatdırmaq üçün Məlumat Mərkəzinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə və öhdəliklər:

  • Məlumat mərkəzinin sıfırdan qurulması: proseslər, komanda, texnologiyalar;
  • Operatorlar, supervayzerlər və QA üzrə komandaların seçimi, təlimi və inkişafı;
  • SLA, CSAT, FCR, AHT və digər əsas göstəricilərin idarə olunması;
  • Xidmət keyfiyyətinə nəzarət və davamlı təkmilləşdirmə sistemi qurmaq;
  • WFM (işçi qüvvəsinin idarə edilməsi) proseslərinin planlaşdırılması və nəzarəti;
  • Məlumat mərkəzi sistemlərinin IT və biznes prosesləri ilə inteqrasiyası;
  • Təhlükəsizlik, KYC, AML və məlumatların qorunması standartlarına riayət olunmasını təmin etmək.

Tələblər:

  • Məlumat mərkəzinin və ya müştəri xidmətlərinin idarə edilməsində ən az 3 il təcrübə (fintech, bank və ya e-commerce sahəsində);
  • Sıfırdan Məlumat mərkəzi qurmaq təcrübəsi;
  • KYC, AML və məlumat təhlükəsizliyi prinsiplərini bilmək;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;
  • Analitik düşüncə, liderlik və sistemli idarəetmə bacarığı.

Üstünlük verilir:

  • Çat-bot və səsli IVR sistemlərinin tətbiq təcrübəsi olanlara;
  • Kredit və maliyyə sektorunda daxili məlumat mərkəzi qurmuş şəxslərə;
  • Məlumatların qorunması üzrə yerli normativ tələbləri bilən mütəxəssislərə.

Biz təklif edirik:

  • Sıfırdan müasir məlumat mərkəzi qurmaq imkanı;
  • Müştəriyönümlü və texnologiyaya açıq peşəkar komanda;
  • Rəhbərliyin dəstəyi və müasir iş alətləri;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi.

İş şəraiti:

  • İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat - 2/2 növbəli sistemə keçid mümkün ola bilər)
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
  • Limitsiz çay, kofe və mehriban kollektiv

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Məlumat Mərkəzinin Rəhbəri)  qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily138
  • Weekly365
  • Monthly386