Müştəri İşləri üzrə Koordinator (Bakı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri İşləri üzrə Koordinator (Bakı)

  • Deadline 18 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər:

  • "KredAqro" BOKT MMC-nin Baş Ofisində bütün sığorta işləri üzrə sənədləşmənin təşkili, bu sahəyə dair hesabatların tərtib edilməsi, əməkdaşlıq etdiyimiz sığorta şirkətləri ilə koordinasiya;
  • Azərbaycan Kredit Bürosundan müştəri məlumatlarının sorğulanması və yüklənməsi işinin icrası;
  • Kredit sənədlərinin elektron və fayl kabinetlərdə arxivləşdirilməsini həyata keçirmək və qorunub saxlanılmasına nəzarət etmək;
  • Mərkəzi Kredit Komitəsinin iclaslarını protokollaşdırmaq və aidiyyatı üzrə filiallar ilə tanış etmək;
  • Hər il arxivə təhvil verilən və məhv edilən sənədlərin seçimini aparmaq.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Kredit və ya Arxiv sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 600-700 manat gross.

Tələblərə cavab verən şəxslərdən CV – lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Müştəri İşləri üzrə Koordinator” qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily136
  • Weekly694
  • Monthly1774