Əsas vəzifə və öhdəliklər:
- "KredAqro" BOKT MMC-nin Baş Ofisində bütün sığorta işləri üzrə sənədləşmənin təşkili, bu sahəyə dair hesabatların tərtib edilməsi, əməkdaşlıq etdiyimiz sığorta şirkətləri ilə koordinasiya;
- Azərbaycan Kredit Bürosundan müştəri məlumatlarının sorğulanması və yüklənməsi işinin icrası;
- Kredit sənədlərinin elektron və fayl kabinetlərdə arxivləşdirilməsini həyata keçirmək və qorunub saxlanılmasına nəzarət etmək;
- Mərkəzi Kredit Komitəsinin iclaslarını protokollaşdırmaq və aidiyyatı üzrə filiallar ilə tanış etmək;
- Hər il arxivə təhvil verilən və məhv edilən sənədlərin seçimini aparmaq.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Kredit və ya Arxiv sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 600-700 manat gross.
Tələblərə cavab verən şəxslərdən CV – lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Müştəri İşləri üzrə Koordinator” qeyd etməklə göndərmələri xahiş olunur.