“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətdə risklərin idarə edilməsi sisteminin qurulması və inkişafı;
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarəti;
- Risk metodologiyaları, prosedur və qaydalarının hazırlanması və yenilənməsi;
- Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması;
- Risk-menecment mədəniyyətinin inkişafı;
- Strateji planlaşdırmada və biznes təşəbbüslərinin risk baxımından qiymətləndirilməsində iştirak;
- Struktur bölmələrə metodoloji dəstək;
- Komandaya rəhbərlik və əməkdaşların inkişafı;
- AML/CFT üzrə əməkdaşlar üçün mütəmadi təlimlərin təşkili;
- AML/CFT üzrə məsul şəxsin əvəzlənməsi zamanı funksiyalar;
- AML/CFT qanunvericiliyinə və daxili qaydalara riayət olunmasına nəzarət;
- Əməliyyatların monitorinqi və CDD-nin aparılması;
- Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və MMX-yə təqdim edilməsi;
- Əməliyyatların dayandırılması hallarında tədbirlərin görülməsi.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.);
- Risklərin idarə edilməsi sahəsində 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə;
- Risk qiymətləndirilməsi, limitlərin müəyyən edilməsi və idarəetmə hesabatlığı üzrə təcrübə;
- Beynəlxalq risk-menecment yanaşmalarının biliyi;
- FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatları üstünlükdür;
- Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı;
- Rus dili biliyi mütləqdir.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.