NBCO KredAqro NBCO KredAqro
  • 344

Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri

  • Deadline 19 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” BOKT MMC Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri vakansiyasına işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə risklərin idarə edilməsi sisteminin qurulması və inkişafı;
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və nəzarəti;
  • Risk metodologiyaları, prosedur və qaydalarının hazırlanması və yenilənməsi;
  • Risklər üzrə daxili hesabatlılığın təşkili və rəhbərlik üçün analitik materialların hazırlanması;
  • Risk-menecment mədəniyyətinin inkişafı;
  • Strateji planlaşdırmada və biznes təşəbbüslərinin risk baxımından qiymətləndirilməsində iştirak;
  • Struktur bölmələrə metodoloji dəstək;
  • Komandaya rəhbərlik və əməkdaşların inkişafı;
  • AML/CFT üzrə əməkdaşlar üçün mütəmadi təlimlərin təşkili;
  • AML/CFT üzrə məsul şəxsin əvəzlənməsi zamanı funksiyalar;
  • AML/CFT qanunvericiliyinə və daxili qaydalara riayət olunmasına nəzarət;
  • Əməliyyatların monitorinqi və CDD-nin aparılması;
  • Şübhəli və cari əməliyyatlar üzrə hesabatların hazırlanması və MMX-yə təqdim edilməsi;
  • Əməliyyatların dayandırılması hallarında tədbirlərin görülməsi.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, idarəetmə və s.);
  • Risklərin idarə edilməsi sahəsində 3–5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə;
  • Risk qiymətləndirilməsi, limitlərin müəyyən edilməsi və idarəetmə hesabatlığı üzrə təcrübə;
  • Beynəlxalq risk-menecment yanaşmalarının biliyi;
  • FRM, GARP, IRM, CFA, CPA, CIA sertifikatları üstünlükdür;
  • Excel və ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Rus dili biliyi mütləqdir.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Risklərin İdarə Edilməsi Şöbəsinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily3
  • Weekly501
  • Monthly1680