Sürücü (şəxsi)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sürücü (şəxsi)

  • Deadline 7 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən baş ofisi üçün Sürücü vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək;
  • İstifadə etdiyi avtomobili təmiz, səliqəli və istismara yararlı vəziyyətdə saxlamaq; 
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • Avtomobilin vaxtlı-vaxtında yanacaqla təmin olunmasına nəzarət etmək;
  • Avtomobildə yaranmış nasazlıqlar haqqında dərhal xəbər vermək;
  • Sərbəst iş qrafiki üzrə işləmək;
  • Şəxsi və ailə sürücüsü kimi çalışmaq.

Tələb olunan keyfiyyətlər:

  • Sürücülük vəsiqəsi (B kateqoriya);
  • Etibarlı və təmiz sürücülük tarixçəsi; 
  • Minimum 3 illik sürücülük təcrübəsi;
  • Diqqətli, punktual, səbrli və məsuliyyətli olmaq;
  • Yaş həddi 30-50;
  • Səliqəli xarici görünüş və işgüzar münasibət etikası;
  • Yaşayış yeri: şəhər daxili (mərkəz ərazilərə üstünlük verilir)

İş şəraiti:

  • İş qrafiki: dəyişkən;
  • Əmək müqaviləsi əsasında rəsmiləşdirilmə;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 800 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Sürücü) qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily113
  • Weekly113
  • Monthly1284