“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Texniki Dəstək üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- PAK sistemlərinin texniki dəstəyi və işlək vəziyyətinin təmin edilməsi;
- Xidmətin işləməsində yaranan nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- İnkişaf və yeni funksionallığın tətbiqi zamanı mürəkkəb texniki məsələlərin həlli;
- Xidmətin yenilənmələrində və layihə fəaliyyətində iştirak;
- Məsuliyyətli olduğu texnologiyanın işlək vəziyyəti və qərarların qəbulu.
Tələb olunan keyfiyyətlər:
- Texniki dəstək sahəsində iş təcrübəsi;
- Əlaqəli verilənlər bazalarının əsaslarını bilmək;
- SQL sorğu dilini bilmək;
- Tətbiqlərin xarici sistemlərlə inteqrasiyası prinsiplərini bilmək (API, veb-servislər);
- Şəbəkə protokolları və qarşılıqlı şəbəkə əlaqələrinin prinsiplərini başa düşmək (TCP/IP, HTTP(S), SSL);
- Unix tipli sistemləri bilmək.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Texniki Dəstək üzrə Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.