Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək;
- Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Yaxşı səviyyədə Excel bilikləri;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.
- Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı təcrübədən asılı olaraq 600-800 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.