Zəng Mərkəzi üzrə Mütəxəssis (RİED)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Zəng Mərkəzi üzrə Mütəxəssis (RİED)

  • Deadline 19 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Risklərin İdarəedilməsi departamentinə Zəng Mərkəzi üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək; 
  • Zənglərin statistikasını və hesabatını təşkil etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Excel bilikləri;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası. 

İş şəraiti:

  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı təcrübədən asılı olaraq 1000 manat gross və aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur. 

  • Daily120
  • Weekly219
  • Monthly1236