İş şəraiti:
- İş yeri: Babək pr
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- 1C proqramında mühasibat uçotunun avtomatlaşdırılmasının tətbiqi;
- Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
- Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb, işlənməsi;
- Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
- İnventarlaşdırmada iştirak edilməsi;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etməsi;
- Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin edilməsi;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
- Maliyyə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
- Tapşırıqların operativ icra edilməsi.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
- Azərbaycan Respublikası Vergi Məcəlləsini bilməli;
- Mühasibatlıq və maliyyə təlimlərində iştirak edilməsi əlavə üstünlükdür;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
- Müvafiq sahə üzrə iş təcrübəsi: 2 il;
- Azərbaycan dili mükəmməl səviyyədə, rus və ingilis dilləri arzuolunandır.
Təkliflərimiz:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı 800 AZN
Müraciət qaydası:
CV-lərinizi “Mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin.