Nero Print Nero Print
  • 147

Satış Meneceri (B2B – Çap və Promo Məhsullar)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Meneceri (B2B – Çap və Promo Məhsullar)

  • Deadline 10 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri

  • Biz korporativ çap, promo və brendinq məhsullarının B2B satışı sahəsində sürətlə böyüyürük. Məqsədimiz – komandamıza qoşulduğu ilk aylardan etibarən real satış nəticələri göstərə bilən, bazarı tanıyan və aktiv satış bacarığına malik Satış Meneceri cəlb etməkdir.

Əsas vəzifələr

  • B2B müştərilərin (şirkətlər, marketinq şöbələri) aktiv şəkildə cəlb edilməsi
  • Gündəlik soyuq zənglər və görüşlərin təşkili
  • Kommersiya təkliflərinin hazırlanması və sifarişlərin bağlanması
  • Satışın idarə olunması və aylıq planın icrası
  • Müştəri tələbinə uyğun məhsul təklifi və layihə əsaslı satış
  • CRM sistemində satış mərhələlərinin izlənməsi
  • Satış nəticələrinin KPI-lar üzrə hesabatı

Namizəd üçün tələblər

Mütləq tələblər:

  • B2B satış sahəsində minimum 2 il təcrübə (promo, çap, reklam və ya korporativ məhsul satışı – üstünlükdür)
  • Aktiv satış və cold call təcrübəsi
  • Danışıqlar aparmaq və müqavilə bağlama bacarığı
  • Satış nəticələrini rəqəmlərlə ifadə edə bilmək (aylıq dövriyyə, bağlanan sifarişlər və s.)
  • Azərbaycan dili – sərbəst
  • Rus dili – üstünlükdür
  • MS Excel və CRM ilə işləmə bacarığı

Üstünlüklər:

  • Korporativ hədiyyə və promo məhsullar bazarında təcrübə
  • Tender və iri sifarişlərlə işləmə bacarığı

Biz nə təklif edirik?

  • Maaş - 700 AZN ( NET ) + satışdan bonus
  • Aydın və şəffaf KPI sistemi
  • Geniş məhsul çeşidi və daimi korporativ tələbat
  • Çevik qərarvermə və operativ istehsal prosesi
  • Peşəkar inkişaf və karyera artımı imkanı

Kimləri axtarırıq?

  • “İlk 3 ayda X AZN dövriyyə etdim” deyə bilən nəticəyönümlü satışçı
  • Aktiv, təşəbbüskar və müştəri yönümlü
  • Müştəri gözləməyən, müştəri axtaran satış meneceri

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri – Nero Print” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily136
  • Weekly158
  • Monthly729