Vakansiyanın tələbləri:
- Təhsil: Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Reklam və ya media satış sahəsində minimum 5 il, satış rəhbəri vəzifəsində minimum 3 il
- Dil bilikləri: Azərbaycan dili: səlis (yazı və danışıq), Ingilis dili arzuolunandır;
- Digital, DOOH, TV və radio reklam bazarında təcrübə və bilik arzuolunandır;
- Gəlir artımı və komanda quruculuğu sahəsində təcrübə;
- Güclü liderlik və strateji düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə danışıqlar və ünsiyyət bacarığı;
- Kommersiya və maliyyə yönümlü düşüncə;
- Məlumatlara əsaslanan qərarvermə bacarığı.
Vəzifə öhdəlikləri:
- Bütün satış kanalları üzrə (Digital, DOOH, TV, Radio) aylıq, rüblük və illik satış hədəflərinin icrası;
- Şirkətin ümumi inkişaf strategiyasına uyğun satış strategiyasının hazırlanması və tətbiqi;
- Kanallararası (cross-channel) və paket (bundle) satış modellərinin qurulması;
- Yeni gəlir mənbələrinin, məhsulların və qiymət modellərinin müəyyən edilməsi;
- Bütün satış komandalarının (Digital, DOOH, TV & Radio) idarə olunması;
- Satış menecerlərin inkişafı, performans qiymətləndirilməsi;
- Satış proqnozların və müqavilə proseslərinin nəzarətdə saxlanılması;
- Media planlama və maliyyə komandaları ilə koordinasiya;
- İnventar istifadəsinin optimallaşdırılması və gəlir səmərəliliyinin artırılması;
- Satış proseslərinin, alətlərin və hesabat standartlarının qurulması;
- Əsas reklamverənlər və media agentlikləri ilə strateji əlaqələrin idarə olunması;
- Böyük müqavilələr üzrə danışıqlarda birbaşa iştirak;
- Müştəri məmnuniyyəti, saxlanma (retention) və gəlirin artırılması;
- Satış performansının müntəzəm təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Gəlirlilik, marja və ödəniş şərtlərinə nəzarət;
- Qiymət siyasətinin, ödəniş şərtlərinin və kommersiya qaydalarının qorunması.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.