New Media New Media
  • 120

New Media

Media

Satış Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Direktoru

  • Deadline 12 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vakansiyanın tələbləri: 

  • Təhsil: Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya oxşar sahə üzrə ali təhsil;  
  • İş təcrübəsi: Reklam və ya media satış sahəsində minimum 5 il, satış rəhbəri vəzifəsində minimum 3 il 
  • Dil bilikləri: Azərbaycan dili: səlis (yazı və danışıq), Ingilis dili arzuolunandır;
  • Digital, DOOH, TV və radio reklam bazarında təcrübə və bilik arzuolunandır;
  • Gəlir artımı və komanda quruculuğu sahəsində təcrübə;
  • Güclü liderlik və strateji düşünmə qabiliyyəti;
  • Yüksək səviyyədə danışıqlar və ünsiyyət bacarığı;
  • Kommersiya və maliyyə yönümlü düşüncə;
  • Məlumatlara əsaslanan qərarvermə bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Bütün satış kanalları üzrə (Digital, DOOH, TV, Radio) aylıq, rüblük və illik satış hədəflərinin icrası;
  • Şirkətin ümumi inkişaf strategiyasına uyğun satış strategiyasının hazırlanması və tətbiqi;
  • Kanallararası (cross-channel) və paket (bundle) satış modellərinin qurulması;
  • Yeni gəlir mənbələrinin, məhsulların və qiymət modellərinin müəyyən edilməsi;
  • Bütün satış komandalarının (Digital, DOOH, TV & Radio) idarə olunması;
  • Satış menecerlərin inkişafı, performans qiymətləndirilməsi;
  • Satış proqnozların və müqavilə proseslərinin nəzarətdə saxlanılması;
  • Media planlama və maliyyə komandaları ilə koordinasiya;
  • İnventar istifadəsinin optimallaşdırılması və gəlir səmərəliliyinin artırılması;
  • Satış proseslərinin, alətlərin və hesabat standartlarının qurulması;
  • Əsas reklamverənlər və media agentlikləri ilə strateji əlaqələrin idarə olunması;
  • Böyük müqavilələr üzrə danışıqlarda birbaşa iştirak;
  • Müştəri məmnuniyyəti, saxlanma (retention) və gəlirin artırılması;
  • Satış performansının müntəzəm təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Gəlirlilik, marja və ödəniş şərtlərinə nəzarət;
  • Qiymət siyasətinin, ödəniş şərtlərinin və kommersiya qaydalarının qorunması.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily129
  • Weekly505
  • Monthly1192